Kanadada təyyarə avtomobillərin üzərinə DÜŞDÜ – Bir qadın ÖLDÜbackend

Kanadada təyyarə avtomobillərin üzərinə DÜŞDÜ – Bir qadın ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadada təcili eniş edən təyyarə avtomobillərlə toqquşub, bir qadın ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Kanadanın Britaniya Kolumbiyası əyalətində kiçik ikimühərrikli təyyarə magistral yola təcili eniş edərkən bir neçə avtomobillə toqquşub.

Qəza nəticəsində avtomobillərdən birində olan qadın hadisə yerində həyatını itirib.

Kanadanın Nəqliyyat Təhlükəsizliyi Şurasının məlumatına görə, göyərtəsində 8 nəfərin olduğu təyyarənin mühərriklərindən biri sıradan çıxıb.

Pilot təyyarəni endirməyə başlayaraq Prens Corc şəhəri yaxınlığındakı yola eniş etməyə cəhd edib. Lakin avtomobillərin sürücüləri təyyarəni gec gördükləri üçün toqquşmanın qarşısını almaq mümkün olmayıb.

Təyyarənin qanadı bir neçə avtomobilə toxunub. Qəzadan sağ çıxan sürücülərdən biri Ceymi Poliuk təyyarənin qəfil onun qarşısında peyda olduğunu və yayınmağa çalışsa da, qanadın avtomobilin damını tamamilə dağıtdığını bildirib.

Həlak olan qadının Aleks olduğu və qızı Cozi ilə birlikdə avtomobildə olduğu bildirilir.

Onun həyat yoldaşı Cordan, həmçinin Cekson adlı oğlu qalıb.

Xuraman Etibarlı

İnterpress.az