Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldıbackend

Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Siyəzən rayonunda su kanalında batan yeniyetmə tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, aprelin 20-də Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2007-ci il təvəllüdlü Quliyev Murad Şahin oğlunun axtarışları başa çatıb.

M.Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, M.Quliyev digər uşaqlarla birgə su kanalına selfi çəkdirməyə gedibmiş. Həmin vaxt onun ayağı sürüşüb, kanala yıxılaraq batıb.

İnterpress.az