Keçən il ekstremal hava səbəbindən 27 milyondan çox uşaq aclığa məruz qalıbbackend

Keçən il ekstremal hava səbəbindən 27 milyondan çox uşaq aclığa məruz qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada yerləşən “Save The Children” beynəlxalq qeyri-hökumət təşkilatı ötən il iqlim böhranından çox təsirlənən ölkələrdə 27 milyondan çox uşağın ekstremal hava hadisələri səbəbindən aclıq və qida çatışmazlığından əziyyət çəkdiyini bildirib. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Save the Children tərəfindən dərc edilən yeni məlumatların təhlili 12 ölkədə keçən ilki ekstremal hava hadisələri nəticəsində kəskin ərzaq təhlükəsizliyi böhranı və ya daha pis böhran səviyyəsinə məruz qalan 57 milyon insanın təxminən yarısı uşaqlardır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransından (COP28) əvvəl dərc edilən təhlildə bu rəqəmin bir əvvəlki ilə nisbətən 135 faiz artıma uyğun gəldiyinə diqqət çəkilib.

Save The Children bu məlumatların 58 ölkədə aclıqla bağlı fövqəladə halları qiymətləndirən İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) şkalasından əldə edilən məlumatlara əsaslandığı barədə məlumat paylaşıb.

“27 milyondan çox uşağın təxminən yarısı Efiopiya və Somalidədir”

Təhlildə qeyd olunub ki, İPM müəyyən edib ki, ekstremal hava hadisələrinin qida böhranının əsas səbəbi olduğu ölkələrdə 5 il ərzində aclıqla üzləşən insanların sayı təxminən iki dəfə artıb. Təhlil 2018-ci ildə aclıqla üzləşən insanların sayının təxminən 29 milyon nəfər olduğunu, 2022-ci ildə isə 57 milyona yüksəldiyini təxmin edib.

Təhlildə qeyd olunub ki, keçən il aclığın əsas səbəbi ekstremal hava şəraiti olan ölkələrin əksəriyyəti Afrika Buynuzu bölgəsində cəmləşib və 27 milyondan çox uşağın təxminən yarısı Efiopiya və Somalidə olub.