Keçmiş məhkum küçədə qadına hücum etdibackend

Keçmiş məhkum küçədə qadına hücum etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qadına hücum edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, A.Şərifzadə küçəsində baş verib.

Bakı şəhər sakini Dilarə Babayeva küçədə naməlum şəxsin hücumuna məruz qalıb.

Həmin şəxs qadını yumruqla vuraraq, içərisində 540 manat olan pul, təqaüd kartları və sənədlər olan əl çantasını alıb və hadisə yerindən qaçıb.

Yasamal Rayon Polis İdarəsi və 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən əvvəllər məhkum olunmuş, 1982-cü il təvəllüdlü Ramin İsmayılov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

İnterpress.az