Kişi özünü və keçmiş həyat yoldaşını yandırıb – Qadın həyatını itiribbackend

Kişi özünü və keçmiş həyat yoldaşını yandırıb – Qadın həyatını itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qonşu Gürcüstanın Terjola rayonunda 41 yaşlı kişi əvvəlcə keçmiş həyat yoldaşını daha sonra isə özünü yandırıb.

İnterpress.az xəbər verir ki, kişi supermarketdə işləyən keçmiş həyat yoldaşına yanacaq dolu butulka atıb. Nəticədə qadın aldığı yanıq xəsarətləri ilə yerindəcə dünyasını dəyişib. Kişinin özünün isə bədəninin 60-70%-nin yandığı bildirilir. Klinikadan verilən məlumata görə, indiki mərhələdə 41 yaşlı kişinin həyatı üçün təhlükə yoxdur. Hadisə şahidlərinin sözlərinə görə, qadının keçmiş əri qisas almaq üçün ona od vurub. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin ailə üzvünə qarşı xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsinin 11-ci və 109-cu maddəsi ilə istintaq başlanıb.