Gürcüstanın Baş naziri Kobaxidze ABŞ səfirinin səlahiyyətlərini icra edən Emi Diaz ilə görüşüb.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-nin yeni təyin olunmuş müvəqqəti səfiri Emi Diaz ilə tanışlıq görüşü keçirib.
Görüş zamanı Kobaxidze Gürcüstan hökumətinin ABŞ ilə strateji tərəfdaşlığı “sıfırdan” bərpa etməyə hazır olduğunu bir daha təsdiqləyib.
Bildirilib ki, bu tərəfdaşlığın qarşılıqlı milli maraqlara əsaslanan konkret yol xəritəsi üzərində qurulması nəzərdə tutulur.
Gürcüstan hökumətinin açıqlamasında iki ölkə arasında münasibətlərin yenidən inkişaf etdirilməsi və strateji tərəfdaşlığın bərpası istiqamətində əməkdaşlığın davam etdirilməsinə hazır olduğu vurğulanıb.
Xuraman Etibarlı
İnterpress.az






