Kolumbiyada 5,9 bal gücündə zəlzələ baş veribbackend

Kolumbiyada 5,9 bal gücündə zəlzələ baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyanın Santander inzibati bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadın xəbər verir.

Kolumbiya Geoloji Xidmətinin məlumatına görə, episentri Los Santos şəhərində olan 5,9 bal gücündə zəlzələ yerli vaxtla saat 04:18-də qeydə alınıb.

Zəlzələnin yerin 151 kilometr dərinliyində baş verdiyi bildirilib.

Zəlzələ paytaxt Boqotada, Medellin və Bukaramanqa şəhərlərində, eləcə də qonşu ölkələr Venesuela və Panamada hiss olunub.

Səlahiyyətlilər zəlzələdə can və mal itkisinin olmadığını açıqlayıb.

Sosial mediada əks olunan görüntülərdə zəlzələdən sonra insanların küçələrə çıxdığı görülüb