Lukaşenko: “Ukrayna danışıqları Belarussuz aparıla bilməz”backend

Lukaşenko: “Ukrayna danışıqları Belarussuz aparıla bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna ilə bağlı danışıqlar Belarusun iştirakı olmadan baş tuta bilməz”.

İnterpress.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasında bildirib.

“Xarici işlər nazirinin diqqətinə çatdırılmış və Xarici İşlər Nazirliyinə onun həyata keçirilməsi ilə bağlı göstəriş verilmiş mövqeyimizi nəzərinizə çatdırmaq istərdim. Belarusun iştirakı olmadan heç bir danışıqdan söhbət gedə bilməz. Madam ki, siz bizi – ilk növbədə, Qərb dövlətlərini bu işə cəlb etdiniz, – orada, bu danışıqlarda təbii ki, Belarusun mövqeyi səsləndirilməlidir”, – deyə o əlavə edib.

Lukaşenkonun sözlərinə görə, Ukraynadakı vəziyyət Belarusa da ciddi təsir edir, ona görə də Belarus olmadan heç bir razılaşmadan söz gedə bilməz:

“Mən tamamilə əminəm və bilirəm ki, Rusiya bu mövqeyi başa düşür. Bunda qəbahət yoxdur, lakin bu, Qərbin niyyətinə zidd olacaq. Amma bu o demək deyil ki, biz Qərbin sədaları altında rəqs etməliyik”.