Macarıstan müdafiə naziri: “Avropa öz qoşunlarını Ukraynaya göndərə bilər”backend

Macarıstan müdafiə naziri: “Avropa öz qoşunlarını Ukraynaya göndərə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropanın Ukraynaya öldürücü silah və zirehli texnika tədarük etmək meyli münaqişə zonasına qoşunların göndərilməsinə səbəb ola bilər.

Bunu Macarıstanın müdafiə naziri Kriştof Salai-Bobrovniçki deyib.

“İndi biz iştirak etmək lazım olan nöqtədəyik, qarışmalıyıq, sanksiyalara səs verməliyik, sonra pulla, sonra yalnız müdafiə vasitələri ilə, indi artıq görürük ki, “Leopard” tankları göndərilir, döyüş təyyarələri də yoldadır. Belə davam edərsə, Ukraynanın insan resursları tükənərsə, əsgərlərə də ehtiyac olacaq”-deyə, o bildirib.

O qeyd edib ki, Qərb Ukraynadakı münaqişəni lokallaşdırmaq yox, ümumi səviyyəyə çatdırmaq qərarına gəlib. Onun fikrincə, bu, eskalasiyadır və tezliklə Avropa münaqişənin mərkəzində ola bilər.