Mask “Twitter Blue” abunəliyinin işə salınmasının yeni tarixini açıqlayıbbackend

Mask “Twitter Blue” abunəliyinin işə salınmasının yeni tarixini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hesablara doğrulama işarəsi almağa imkan verən “Twitter Blue” abunəliyinin yenidən işə salınması noyabrın 29-na planlaşdırılır.

Bu barədə “Twitter”in yeni sahibi İlon Mask şəbəkədəki səhifəsində məlumat verib.

“Bunun etibarlılığında əmin olmamız üçün “Blue Verified”ın yenidən işə salınması (mavi təsdiq işarəsi – red.) noyabrın 29-na ertələnir”, – o yazıb.

Sosial şəbəkə istifadəçisinin sualına cavab olaraq İ.Mask aydınlıq gətirib ki, “yeni versiyada təsdiqlənmiş hesab adının dəyişdirilməsi yeni adın istifadəçi müqaviləsinin şərtlərinə uyğun olduğu “Twitter” tərəfindən təsdiqlənmədiyi halda doğrulama işarəsinin itirilməsi ilə nəticələnəcək”.

Xatırladaq ki, daha öncə şirkət eyniadlı sosial şəbəkədə siyasətçilərin və məşhurların rəsmi səhifələri kimi təqdim edilən saxta hesabların yayılması səbəbindən abunə satışını dayandırmışdı.