Məhkəmə və hüquq-mühafizə orqanlarında çalışan qadınların sayı məlum olubbackend

Məhkəmə və hüquq-mühafizə orqanlarında çalışan qadınların sayı məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmə və hüquq-mühafizə orqanlarında çalışan qadınların sayı məlum olub.

İnterpress.az-ın xəbərinə görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.

Belə ki, Ali Məhkəmənin 38 hakimindən 4-ü, apellyasiya instansiyası məhkəmələrinin 125 hakimindən 18-i, 1-ci instansiya məhkəmələrinin 384 hakimindən 89-u (hakimlərin cəmi sayı 547, o cümlədən qadınlar 111) qadın olub.

Hazırda prokurorluq orqanlarında çalışanların 22,4% qadındır. Prokuror qadınların sayı 2020-ci ildə 8,8 %, 2021-ci ildə 8,2%, 2022-ci ildə isə 8,7% təşkil edib. Keçən illə müqayisədə prokuror qadınların sayında artım müşahidə olunur. Prokurorluqda işləyən şəxslərdən 12,1% rəhbər vəzifəli şəxslərdir ki, onlardan 11,7% kişi, 0,4% isə qadındır.