Meksikada son dərəcə təhlükəli olan “Lidiya” qasırğası ölkəyə doğru irəliləyirbackend

Meksikada son dərəcə təhlükəli olan “Lidiya” qasırğası ölkəyə doğru irəliləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada son dərəcə təhlükəli elan edilən “Lidiya” qasırğasının cənubdakı Nayarit əyalətinə çataraq ölkə daxilində hərəkət etdiyi bildirilir. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. ABŞ Milli Qasırğa Mərkəzinin (NHC) verdiyi açıqlamada “4-cü kateqoriya” səviyyəsinə çatan “Lidiya” qasırğasının ştatın Sakit okean sahillərindəki Puerto Vallarta şəhərinə çatdığı bildirilib.

Son dərəcə təhlükəli olan və saatda 220 kilometr sürətə çatan Lidiyanın içəriyə doğru hərəkət edərkən sürətinin azaldığı bildirilib.

Bu barədə Xalisko ştatının qubernatoru Enrike Alfaro sosial media platformasında verdiyi açıqlamada bildirib

Alfaro, ştatda 23 sığınacağa əlçatan olduğunu və Puerto Vallartadan onlarla insanın bu sığınacaqlara getdiyini bildirdi.