Memlərə baxmaq işçilərin məhsuldarlıq səviyyəsini artırır – TƏDQİQATbackend

Memlərə baxmaq işçilərin məhsuldarlıq səviyyəsini artırır – TƏDQİQAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İş günü ərzində memlərə baxmaq işçilərin məhsuldarlıq səviyyəsini artırır.

interpress.az xəbər verir ki, Kanada Əmək Məhsuldarlığı Universitetinin alimləri 500-dən çox ofis işçisinin iştirak etdiyi eksperiment keçirib.

Eksperimentin nəticələrinə görə, memlərə baxmaq üçün qısa fasilələrin əhval-ruhiyyəyə müsbət təsir etdiyi, stress səviyyələrini azaltdığı və koqnitiv funksiyaları yaxşılaşdırdığı, nəticədə komandanın performansının yüksəldiyi ortaya çıxıb.

Əhəmiyyətli amil memlərin istifadəsində mülayimlikdir.

Mütəxəssislər ümumi məhsuldarlıq səviyyəsini artırmaq üçün işəgötürənlərə belə fasilələri işçilərin iş qrafikinə daxil etməyi tövsiyə edirlər.

Xuraman Etibarlı

İnterpress.az