İran hakimiyyəti Britaniyada yaşayan və Tehranı tənqid edən şəxsləri oğurlamaq və ya öldürmək üçün azı 10 cəhd edib.
Bu barədə Britaniyanın Mİ-5 əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkallum bildirib.
Onun sözlərinə görə, İranın kəşfiyyat xidmətləri rejimin düşmənləri hesab edilən ingilisləri və ya Böyük Britaniyada yaşayan iranlıları qaçırmaq və hətta öldürmək istəyib.
Mİ5-in Londondakı qərargahında çıxış edən Makkallum əlavə edib ki, bu cür hərəkətlər birbaşa Böyük Britaniyanın özünə təhlükə yaradır.
Mənbə: lenta.ru