Moda mütəxəssisi: “Müharibəni dayandırmaq lazımdır”backend

Moda mütəxəssisi: “Müharibəni dayandırmaq lazımdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış moda mütəxəssisi, «Модный приговор» verilişinin aparıcısı Aleksandr Vasilyev Ukraynadakı hərbi əməliyyatları sərt şəkildə pisləyib.

İnterpress.az axşam.az-a istinadən xəbər verir ki, aparıcının mövzu ilə bağlı çıxışı martda olsa da sosial şəbəkələrdə indi müzakirələrə səbəb olub.

“Nəhəng bir imperiya yaratmaq üçün görünməmiş ambisiyalar hazırda müstəqil dövlət – Ukraynanı məhv edən hərbi işğala səbəb olur. Bu müharibə, təbii ki, həm də Rusiyanın görünməmiş təcridinə səbəb olacaq və üstəlik, Yer kürəsində ölümcül nüvə müharibəsinə gətirib çıxara bilər.

Bütün müharibələr dünya mədəni irsinin məhvinə səbəb olur. Həqiqətən də, bəşəriyyət çoxlu sayda memarlıq dəyərlərini, muzey kolleksiyalarını və insan həyatını itirib.

Bir pasifist kimi bütün müharibələrin qəti əleyhinəyəm, onları dayandırmaq lazımdır” deyə A.Vasilyev bildirib.

Aparıcı vurğulayıb ki, onun dövlətlə heç bir əlaqəsi yoxdur, 1982-ci ildə Sovet rejimindən Fransaya mühacirət edib və 20 ildən artıq Litva vətəndaşlığı var.

Xatırladaq ki, martın əvvəlində KİV “Birinci Kanalın sözügedən şounun çəkilişini və nümayişini dayandırdığını bildirmişdi.