Molla rejimi Azərbaycanlı gənci edam edirbackend

Molla rejimi Azərbaycanlı gənci edam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda 26 yaşlı Səhənd Nurməhəmmədzadə İnqilab Məhkəməsinin 29-cu bölməsinin qərasına əsasən edam cəzasına məhkum edilib.

İnterpress.az xəbər verir ki, Səhənd Nurməhəmmədzadə İnqilab Məhkəməsinin 29-cu bölməsinin qərasına əsasən edam cəzasına məhkum edilib.

26 yaşlı gənc etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılır.

Onun yaxınları Səhənd Nurməhəmmədzadənin barəsində edam hökmünün çıxarılmasının ədalətsiz olduğunu və bunun başqa etirazçıları qorxudaraq aksiyalardan çəkindirmək məqsədi daşıdığını bildirirlər.

Azərbaycanlı gənc ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.