Monteneqro və Bosniya mediasında Xocalı soyqırımı XX əsrin faciəsi adlandırılıbbackend

Monteneqro və Bosniya mediasında Xocalı soyqırımı XX əsrin faciəsi adlandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monteneqroda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İqtisadi Mərkəzinin təşəbbüsü ilə Monteneqro və Bosniya mediasında “Xocalı soyqırımı – XX əsrin faciəsi” sərlövhəli məqalə yayımlanıb.

 

Mərkəzin xüsusi məsləhətçisi Bojidar Proroçiçin müəllifi olduğu məqalədə qeyd edilib ki, yalnız XX əsrdə azərbaycanlılar Böyük Ermənistan mifi ilə yaşayan ermənilər tərəfindən 4 dəfə (1905-1906, 1918-1920, 1948-1953, 1988-1993) soyqırım və etnik təmizləməyə məruz qalıblar.

 

Məqalədə Xocalı soyqırımına aparan ictimai-siyasi proseslər barədə ətraflı məlumat verilib, 29 il öncə Xocalıda baş verənlər təfərrüatı ilə təsvir edilib. Qeyd edilib ki, Azərbaycan dövləti Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasına nail olmaq üçün lazımi addımları atır. “Hər il milli səviyyədə soyqırımı qurbanlarının anılması ermənilərin Xocalıda törətdikləri dəhşətli qətliamın Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəyinə və soyqırımı törətmiş cinayətkarların gec-tez ədalət mühakiməsinə cəlb olunacağına dəlalət edir”, – deyə müəllif vurğulayıb.

 

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

https://www.aktuelno.me/crna-gora/hodzalijski-genocid-tragedija-xx-vijeka/?fbclid=IwAR29eJEuOReFljukKsWz2hiQCV-O2ihpD7zXhg8ZQ9OiHShowyfr-phBkSE

 

https://crnogorskiportal.me/sadrzaj/3918?fbclid=IwAR1KDjKbpQgeZXoi3kaHNg5dk4jIJN7cPr6Mcg0AC_WI1lrnqlmwwtl7UDw

 

https://skalaradio.com/hodzalijski-genocid-tragedija-xx-vijeka/?fbclid=IwAR11hPjFcZmNNFkkH6MRF6n3gjanV1O-XFKr2DTmoBXro1G1MLcO5rqTUpA

 

http://www.bosnjaci.net/prilog.php?pid=72244

 

 

 

BÜNYAMİN ÇİNGİZOĞLU

İnterpress.az