Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
İnterpress.az-ın məlumatına görə, məktubda deyilir:
“Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Siz atanızın layiqli varisi olaraq 20 ildən artıqdır ki, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində yüksək məsuliyyətlə çalışırsınız. Siz təcrübəli dövlət lideri, doğma ölkəsini hərarətlə sevən bir insan kimi onun sosial-iqtisadi inkişafına, cəmiyyətdə millətlərarası dialoqun və vətəndaş həmrəyliyinin dəstəklənməsinə böyük töhfə verirsiniz.
Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının ehtiyaclarına qayğıkeş münasibətə və konstruktiv qarşılıqlı fəaliyyətə görə Sizə minnətdaram. Ümidvaram ki, bu fəaliyyət gələcəkdə də insanların həyatında daimi əxlaqi dəyərlərin, xeyirxahlıq ideallarının və şəfqətin təsdiqlənməsinə kömək edəcəkdir.
Sizə möhkəm cansağlığı, daim ruh yüksəkliyi, sülh və Azərbaycan xalqının maraqları naminə gələcək fəaliyyətinizdə Uca Yaradanın köməyini arzulayıram”.