MQIMO prorektoru və oğlu külli miqdarda dələduzluq işi üzrə axtarışa verilib.
İnterpress.az xəbər verir ki, bu barədə RBK öz mənbələrinə istinadən məlumat yayıb.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQIMO) prorektoru Natalya Kuzmina və onun oğlu Ənvər Kuzmin külli miqdarda dələduzluqla bağlı cinayət işi üzrə axtarışa verilib.
Məlumata görə, ana və oğul Moskvanın mərkəzində yerləşən elit Knightsbridge Private Park yaşayış kompleksində əmlakın özgəninkiləşdirilməsi ilə bağlı sxem təşkil ediblər.
Söhbət məhkəmənin yaşayış kompleksindəki sahələrin mülkiyyətçilərinin ümumi mülkiyyəti kimi tanıdığı əmlakdan gedir.
İstintaqın hansı maddələr üzrə aparıldığı və təqsirləndirilən şəxslərin hazırda harada olduqları barədə əlavə məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






