Müasir Sloveniya tarixində ən böyük meşə yanğını nəzarət altına alınıbbackend

Müasir Sloveniya tarixində ən böyük meşə yanğını nəzarət altına alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir Sloveniya tarixində ən böyük hadisə olan Sloveniyanın Kras bölgəsində baş verən meşə yanğını nəzarət altına alınıb.

Sloveniyanın təbii fəlakətlərə nəzarət əməliyyatının rəhbəri Saymon Vendramin bəzi yerlərdə yanğın ocaqlarının hələ də qaldığını və bunun bir neçə gün ərzində mütəxəssislər tərəfindən diqqətlə izləniləcəyini bildirib:

“Gələn həftə biz həm şəxsi əmlaka, həm də meşələrə dəymiş ziyanın hərtərəfli qiymətləndirilməsinə başlayacağıq. Payızda Krası qorumaq üçün kompleks profilaktik plan hazırlamağa başlayacağıq ki, oxşar yanğın bir daha təkrarlanmasın”.

Qeyd edək ki, meşə yanğınının söndürülməsində ən azı 1,5 min yanğınsöndürən iştirak edib.