“Narkotik asılılığından əziyyət çəkənlərin 3-4 faizi geri qayıdır”backend

“Narkotik asılılığından əziyyət çəkənlərin 3-4 faizi geri qayıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alkoqol və narkotik maddələrin asılılığından əziyyət çəkən şəxslər müalicə alaraq asılılıqdan tamamilə qurtula bilərmi?

İnterpress.az xəbər verir ki, Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov narkomaniyaya qarşı mübarizə ilə bağlı keçirilən canlı yayımda bu sualı cavablandırıb.

O qeyd edib ki, yalnız 3-4 faiz psixoaktiv maddə istifadəçiləri geri qayıdırlar: “Narkotik maddələrin, konkret heroin asılığından əziyyət çəkənlərin müalicə kursu 21 gün olur, orqanizm bu müddət ərzində təmizlənir. Lakin birinci narkotik istifadəsindən sonra beyində mərkəz aktivləşir. İstifadə etməsə belə 5-7 il həmin mərkəz aktiv qalır. Ona görə də biz sağalma yox, müvəqqəti sağalma, remissiya halından danışırıq. Yalnız 5 ildən sonra onların sağalması haqqında danışa bilərik”.

O. Cəfərov, həmçinin bildirib ki, alkoqoldan istifadə edənlər müalicədən 3 il müddət keçəndən sonra sağala bilər. Lakin bu həmin şəxsin yaşadığı mühitdən də asılıdır.