Narkotik maddə satanları polis aşkar etdibackend

Narkotik maddə satanları polis aşkar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Naftalan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şəhər sakinləri Azər Həsənov, əvvəllər məhkum olan Müşfiq Əsgərov və Ramin Zeynalov şəhər ərazisində saxlanılaraq, Şəhər Polis Şöbəsinə gətirilib.

Onların üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə olan “metamfetamin” aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.