NASA Marsa uçuşlar üçün raket mühərrikini sınaqdan keçirməyi planlaşdırırbackend

NASA Marsa uçuşlar üçün raket mühərrikini sınaqdan keçirməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Birləşmiş Ştatların Müdafiənin Perspektiv Tədqiqat Layihələri Agentliyi (DARPA) ilə birgə əməkdaşlıq çərçivəsində 2027-ci ilə qədər Marsa uçuşlar üçün nüvə raket mühərrikini sınaqdan keçirməyi planlaşdırır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NASA-nın rəhbəri Bill Nelson bildirib.

Nelson deyib ki, NASA ABŞ-a qabaqcıl nüvə raket mühərrikini hazırlamaq və nümayiş etdirmək üçün uzunmüddətli tərəfdaşı DARPA ilə əməkdaşlıq edəcək.

Onun sözlərinə görə, bu mühərrik ABŞ-a gələcək pilotlu missiyaların imkanlarını genişləndirməyə imkan verəcək inqilabi texnologiyadır.

“Məqsədimiz 2027-ci ildə uğurlu nüvə raket mühərriki yaratmaq və nümayiş etdirməkdir”, – Nelson vurğulayıb.