NATO-nun baş katibi Ukrayna münaqişəsinin həllinə qarışmayacaq.
İnterpress.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə Odessada keçirdiyi birgə mətbuat konfransında NATO-nun baş katibi Mark Rutte Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin gedişatını qiymətləndirməyib.
Rutte bildirib ki, o, Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasının gedişatını şərh etmək istəmir və “sülh prosesinə müdaxilə etməyəcək”.
“Bütün bu prosesin bütün aralıq mərhələlərini şərh etməmək qərarına gəldim. Çünki sülh prosesinə müdaxilə etmək istəmirəm və biz nə etsək də, bunu mümkün qədər gizli edirik və bu barədə şərh verə bilmərəm”, – o deyib.
Xuraman Etibarlı
İnterpress.az