NATO Ukraynaya ordu yeridir: Komandanlıq Türkiyədə olacaqbackend

NATO Ukraynaya ordu yeridir: Komandanlıq Türkiyədə olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Ukrayna mövzusunda Rusiyaya qarşı ilk addımını atıb və sürətli müdaxilə qüvvələrini əməliyyata hazır vəziyyətə gətirməyə başlayıb.bunu Almaniyanın “Welt” qəzeti yazıb.

Böyük əks-sədaya səbəb olan xəbərdə bildirilir ki, NATO daxilində Çox Yüksək Hazırlıq Birgə İşgüzar Qrupu (VJTF) adlanan bölmə 5 gün ərzində böhran bölgəsinə yerləşməyə hazır olacaq.

NATO-nun ən sürətli bölməsi olan VJTF-nin komandanlığı hazırda Türkiyədədir. Qeyd olunur ki, türk əsgərlərinin də aparıcı qüvvə kimi dayandığı bölmə iki-yeddi gün ərzində əməliyyata hazır olacaq.

Xatırladaq ki, Türkiyənin ötən il Polşadan təhvil aldığı VJTF komandanlığı gələn ilin əvvəlində Fransaya keçəcək. Fransa hərbçilərinin 45 gün ərzində əməliyyata hazır olacağı bildirilir. (Reyting.az) O