Netanyahu “koalisiya siyasəti” ilə bağlı razılaşmanın elanını LƏNGİTDİbackend

Netanyahu “koalisiya siyasəti” ilə bağlı razılaşmanın elanını LƏNGİTDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Netanyahu “koalisiya siyasəti” ilə bağlı razılaşmanın elanını təxirə salıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Baş nazirlik ofisinə bağlı olmayan israilli mənbə Netanyahunun razılaşmanın elanını gecikdirdiyini bildirib.

Netanyahunun ifrat sağçı koalisiya partnyoru, Milli Təhlükəsizlik Naziri Ben-Qvir, razılaşmanın təsdiqlənəcəyi təqdirdə hökuməti tərk edəcəyi ilə hədələyib və maliyyə naziri Smotriçin də oxşar addımı nəzərdən keçirdiyi bildirilir.

İsrail rəsmisi nəşrə bildirib ki, razılaşmanın təfərrüatları hələ dəqiqləşməkdədir. Lakin o, fikir ayrılıqlarının cüzi olduğunu və yaxın saatlarda həll ediləcəyini bildirib.

Müqavilə imzalandıqdan sonra Netanyahunun davranışı ilə bağlı suala srail rəsmisi bunu “koalisiya siyasəti” ilə əlaqələndirib.

Xuraman Etibarlı

İnterpress.az