Nigeriyada gəmi qəzasında ölənlərin sayı 12-yə çatıbbackend

Nigeriyada gəmi qəzasında ölənlərin sayı 12-yə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyanın Niger əyalətində sərnişin daşıyan qayığın batması nəticəsində həyatını itirənlərin sayının 12-yə yüksəldiyi bildirilib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Milli mətbuatda çıxan xəbərlərə görə, Şaqunu bölgə rəsmilərindən Faruk Ömər, Niger çayında qayıq qəzasından sonra davam edən xilasetmə işləri zamanı daha 4 nəfərin cəsədinin tapıldığını bildirib. Bununla da qəzada ölənlərin sayı 12-yə yüksəlib.

Bölgədə indiyədək aparılan işlərdə 80 nəfərin xilas edildiyini qeyd edən Ömər, bu şəxslərin ətraf xəstəxanalarda müalicə olunduğunu bildirib.

Ömər bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Nigeriya Fövqəladə Halların İdarə Olunması Agentliyinin Niger Dövlət İctimaiyyətlə Əlaqələr Mütəxəssisi İbrahim Hüseyn yanvarın 15-də Niger çayında çevrilən qayıqda təxminən 100 nəfərin olduğunu bildirib.