Novruz bayramında SƏRT KARANTİN rejimi TƏTBİQ EDİLƏCƏK? – AÇIQLAMAbackend

Novruz bayramında SƏRT KARANTİN rejimi TƏTBİQ EDİLƏCƏK? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, martın 2-də ölkədə 352 nəfər koronavirus infeksiyasına yoluxub.

Digər günlərlə müqayisədə ötən gün qeydə alınan yoluxma sayının artması insanlar arasında təşvişə səbəb olub.

Hətta bəzi məktəblərin virusa görə müvəqqəti bağlanması da, məsələnin ciddiliyindən xəbər verir.

Bəs görəsən bütün bunların fonunda COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə xüsusi karantin rejimi tətbiq ediləcəkmi?

Məsələ ilə bağlı həkim- cərrah Ədalət Rüstəm açıqlama verib:

“Ölkəmizdə karantin rejiminin hazırkı duruma uyğun olaraq sərtləşdirilməsi ehtimalı çoxdur. Çünki, yeni yoluxanların sayında artım müşahidə olunur. Böyük ehtimalla Novruz bayramında sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.

Hesab edirəm ki, karantin rejiminin sərtləşdirilməsi yoluxmanın sayının enməsinə səbəb olacaq “.

 

İnterpress.az