Nyu-Yorkda Blinken, Ceyhun Bayramov və Mirzoyan arasında üçtərəfli görüş keçirilibbackend

Nyu-Yorkda Blinken, Ceyhun Bayramov və Mirzoyan arasında üçtərəfli görüş keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə bu görüş üçün təşəkkür edirəm. Mən son toqquşma zamanı həlak olanların doğmalarına və dostlarına səmimi başsağlığı verirəm.

Bunu ABŞ dövlət katibi Entoni Blinken üçtərəfli görüşdən sonra bildirib.

Blinken daha sonra qeyd edib: “Hər iki liderlə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığımda onlar sülh üçün hazır olduqlarını bəyan ediblər.
Güclü, davamlı diplomatik çərçivədə işləmək hamı üçün ən yaxşı yoldur. Ermənistan və Azərbaycan arasında fikir ayrılıqlarının hərbi yolla həlli yoxdur, lakin fikir ayrılıqlarını diplomatiya yolu ilə həll edən davamlı sülhə aparan yol var”.

***

00.30

Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında üçtərəfli görüş başlayıb.

Bu barədə Ermənistan XİN məlumat yayıb.

***

16.48

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Nyu-Yorkda görüşəcək.

Bu barədə Ermənistan XİN-in sözçüsü “Twitter“də bildirib.

ABŞ tərəfinin təşəbbüsü ilə görüş bu gün baş tutacaq.

Görüşdə ABŞ dövlət katibi Entoni Blinken də iştirak edəcək.