Özbəkistan avtomobil istehsalında Rusiyanı qabaqlayıbbackend

Özbəkistan avtomobil istehsalında Rusiyanı qabaqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Milli Sənaye İnformasiya Agentliyinin (NAPI) məlumatına görə, bu ilin üç ayı ərzində, aprel-iyun aylarında Özbəkistanda Rusiyadan daha çox avtomobil istehsal edilib.

İyun ayında istehsal həcminə görə Özbəkistan Rusiyanı 20,4 min avtomobil ötüb: Respublika 34 min, Rusiya isə 13,6 min avtomobil istehsal edib.

Agentliyin proqnozlarına görə, Özbəkistan avtomobil istehsalının hazırkı artım tempini qoruyub saxlayarsa və Rusiyada istehsal eyni səviyyədə qalarsa, 2022-ci ilin sonuna qədər ölkələr arasında fərq 100 min avtomobilə çata bilər.

Mənbə: lenta.ru