Azərbaycan Türkiyə Evinin (ATEV) və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ölkəmizdə səfərdə olan Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayevin rəhbərliyi ilə Daşkənddən gəlmiş geniş tərkibdə nümayəndə heyəti ilə görüşüb.
İnterpress.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Agentliyin icraçı direktorunun müavini Emin Çaparlı iştirak ediblər.
Görüşdə qarşılıqlı əlaqələr, qarşıda duran fəaliyyət istiqamətləri, iki qardaş ölkənin QHT-ləri arasında mədəni və sosial əlaqələrin daha da genişləndirilməsi üçün bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib və bir sıra məsələlər müzakirə olunub.
Tənzilə Rüstəmxanlı Azərbaycan Türkiyə Evinin (ATEV) və Azərbaycan Türk Qadınlar Birliyinin əsas fəaliyyət istiqaməti bütün sahələrdə olduğu kimi qardaş Türk dövlətlərinin vətəndaş cəmiyyəti institutları ilə iş sahəsində birgə fəaliyyətdən ibarətdir.
Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayev təhbərlik etdiyi Assosiasiya və qardaş olkə QHT-lərinin fəaliyyəti barədə ətraflı məlumat verib, müştərək layihələrin reallaşdırılması istiqamətində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması məsələlərinə toxunub, həmçinin perspektivdə dayanan planlara diqqət çəkib.
Görüş zamanı Türk dövlətlərinin Vətəndaş cəmiyyəti sahəsində əməkdaşlığının gücləndirilməsi ətrafında qonaqlarla qarşılıqlı fikir mübadiləsi aparılıb.