Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı “Habertürk”ə müsahibəsində söyləyib.
“Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz. Orada qüsurun böyüyü bizə, kiçiyi Azərbaycana düşər. Yanlışımız varsa, düzəldilməlidir”, – o vurğulayıb.
Xatırladaq ki, eyni müsahibədə siyasətçi Azərbaycana səfər edəcəyini açıqlamışdı.
Aprelin 17-də CHP-nin sədri Özgür Özəl Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edərkən Azərbaycana dəstəyini ifadə etmişdi.
Bundan başqa, fevralın 17-də ana müxalifət lideri Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdəki qələbə münasibətilə təbrik etmişdi.