Pandemiyada evlənən, boşanan, küsüb barışan məhşurlarbackend

Pandemiyada evlənən, boşanan, küsüb barışan məhşurlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Artıq bir ildən çoxdur ki, pandemiya şəraiti ilə əlaqədar toy məclislərinin keçirilməsinə qadağa qoyulub. İyulun 1-dən isə yenidən müəyyən məhdudiyyətlərlə toy məclisləri keçiriləcək. Bəzi cütlüklər bu ərəfədə ayrıldı, bəziləri pandemiya şəraitində nikah bağladı, bəziləri isə həm ayrılıb, həm də barışdı. Bunlar arasında tanınmış simalar da yer alıblar. 
Aktrisa Aydan Axundzadə və aktyor İbrahim Çingiz pandemiyada nişanlanıb. Cütlüyün toy məclisi isə hələ baş tutmayıb.
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu pandemiyada iki qızının anası İnci ilə boşanıb. Musiqiçi pandemiyada ikinci dəfə ailə qurub. O, aktrisa Aysel İbrahimova ilə nikah masasına oturub.
Bloqer cütlük Aysel Şükür və Oqtay Əhmədov pandemiyada ayrılıb. Dəbdəbəli toyları ilə gündəmə gələn cütlük rəsmi boşansa da, az keçmədən barışıb və nikah kəsdiriblər. Son günlər isə Aysel və Oqtay yenidən ayrılıb. Onlar sosial şəbəkədə bir-birinə aid olan fotoları silib və izləmədən çıxarıblar.
Aparıcı Cavid Gül pandemiyadan əvvəl Nərgiz adlı xanımla nişanlanmışdı. Cütlüyün toyu pandemiyaya görə təxirə düşüb. Bir müddət əvvəl isə Cavid pandemiyada evləndiyini bildirib.
Bloqer cütlük Nagehan və Fərid Abdullayev pandemiyada ayrılan cütlüklər sırasına daxil olub. Amma onların ayrılığı qısa çəkib. Bir neçə aydan sonra cütlük barışıb. Nagehan hazırda ikinci övladına hamilədir.
Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyevanın fitnes məşqçi Kənanla dəbdəbəli toyu ilə mediada geniş işıqlandırılmışdı. Pandemiya ərəfəsində isə cütlük ayrılıq xəbəri ilə gündəmi zəbt etdi.
Müğənni Natavan Həbibi və reper Dadonun də üç ildir bir ayrılıb, bir barışdıqları münasibətləri bitib. Dado rəsmi boşandıqlarını açıqlayıb. Amma boşanandan sonra da bir araya gələn ifaçılar yenidən yollarını ayırıblar.
“Xəzər TV”nin aparıcısı Xanım Yadigarlı pandemiyada ailə quranlardan olub. Onun nikahı iyunun 1-də gerçəkləşib. Şamxal adlı bəylə nikah masasına oturan aparıcının toyu iyulun 10-da keçiriləcək.
“Fəlakət” obrazı ilə tanınan aktyor Elşən Orucov həyat yoldaşı İlahədən 2019-cu ilin avqustunda ayrılıb. Cütlüyün rəsmi boşanması isə bir neçə ay əvvəl baş tutub.
Pandemiyada ən səs-küylü evlilik xəbəri azərbaycanlı pianoçu Suada Hacızadəninki olub. Pianoçumuz Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə nikah masasına oturub. Cütlüyün nikahı bir neçə gün əvvəl İstanbulda baş tutub.
Pandemiya ərəfəsində ailə quran aparıcılardan biri də Elvira İsmayılova olub. Uzun müddətdir ABŞ-a köçən Elvira əcnəbi vətəndaşla nikah masasına oturub.
Aparıcı Fərid Rəsul da pandemiya müddətində evlilik qərarı verənlərdəndir.
Müğənni Sevda Yahyayeva pandemiyadan əvvəl həkim Zakir Bayramovla nişanlanmışdı. Cütlüyün toyu pandemiyaya görə təxirə düşüb. Amma Sevda və Zakir heç nəyə baxmayaraq nikah masasına oturublar. Bir ildən çoxdur ailəli olan ifaçı və həkim yaxın günlərdə toy etməyi də planlaşdırır.