Paşinyan II Qareginin “yeni inqilab” başlatmağa çalışdığını iddia edib.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı məlumat verib.
Nikol Paşinyan Bütün Ermənilərin Katolikosu II Qareginin müxtəlif yaşayış məntəqələrinə nümayəndə heyətləri göndərərək “yeni inqilab” başlatmağa çalışdığını iddia edib.
Baş nazir çıxışında Katolikosun dünyəvi adı olan Ktriç Nersisyanı çəkərək onun müxtəlif kənd və yaşayış məntəqələrinə nümayəndə heyətləri göndərdiyini bildirib.
Paşinyan əvvəlki siyasi proseslərə də toxunaraq “Baqratın inqilabını bitirdiklərini, indi isə Ktriçin inqilabının başladığını” deyib.
Xuraman Etibarlı
İnterpress.az






