Pekində Dünya Robot Oyunları BAŞA ÇATDI – VİDEObackend

Pekində Dünya Robot Oyunları BAŞA ÇATDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pekində robotların iştirakı ilə genişmiqyaslı yarış keçirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

Pekində keçirilən Dünya Robot Oyunları başa çatıb. Yarışlarda 660-dan çox komanda və bir neçə min robot iştirak edib.

Robotlar ümumilikdə 51 müxtəlif növ üzrə mübarizə aparıblar.

Proqramda qaçış və tullanma kimi idman növləri ilə yanaşı, evlərin təmizlənməsi və avtomobillərin enerji ilə doldurulması kimi praktiki tapşırıqlar da yer alıb.

Yarışların keçirilməsində məqsəd robot texnologiyalarının müxtəlif sahələrdə imkanlarını nümayiş etdirmək və bu istiqamətdə innovasiyaların inkişafını təşviq etmək olub.

Xuraman Etibarlı

İnterpress.az