“Pençe Kilit” əməliyyat zonasında məhv edilən terrorçuların sayı 100-ü keçibbackend

“Pençe Kilit” əməliyyat zonasında məhv edilən terrorçuların sayı 100-ü keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 18-dən İraqın şimalındakı “Pençe Kilit” əməliyyatı zonasında Türkiyə ordusu tərəfindən zərərsizləşdirilən terrorçuların sayı 100-ü ötüb.

Bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar videokonfrans vasitəsilə antiterror əməliyyatında iştirak edən birləşmə komandirlərinin müşavirəsində çıxışı zamanı bildirib.

Sonuncu əməliyyatda mağaralardan birində xüsusi təyinatlılar tərəfindən blokadaya alınmış bir qrup silahlı məhv edilib.

Ötən gün İraqın şimalında PKK terrorçuları ilə toqquşmada türk ordusunun 5 hərbçisinin şəhid olduğunu xatırladan Akar, “Bir nəfər də olsun hərbçinin ölümünü cavabsız qoymamışıq və buraxmayacağıq”, – deyib.

Nazir Ankaranın Türkiyə sərhədləri yaxınlığında terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmində olduğunu vurğulayıb.