Peruda dang qızdırmasına görə fövqəladə vəziyyət elan edilibbackend

Peruda dang qızdırmasına görə fövqəladə vəziyyət elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peruda son həftələrdə artan dang qızdırması halları ilə əlaqədar təcili tibbi yardım elan edilib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Səhiyyə Nazirliyi bu ilin 7 həftəsində qeydə alınan dang qızdırması hallarının ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə artdığını açıqlayıb.

2024-cü ildə ölkədə yoluxma sayının 31 mini keçdiyinə diqqət çəkən Nazirlik 2023-cü ildə qeydə alınan 18 ölümə baxmayaraq, bu il indiyədək 32 nəfərin öldüyünü açıqlayıb.

Səhiyyə ekspertləri bəyan ediblər ki, elan edilmiş fövqəladə vəziyyət hökumətin maliyyə dəstəyini köçürməsini və tibb işçilərinin təsirlənmiş ərazilərə göndərilməsini asanlaşdıracaq.

Fövqəladə vəziyyət paytaxt Lima və 24 bölgəni əhatə edəcək.

Keçən həftə səhiyyə naziri Sezar Vaskes deyib ki, bu böyük problemdir və nəzarətdən çıxır. O, açıqlaması ilə vəziyyətin ciddiliyinə diqqət çəkib.

Keçən il ölkədə dang qızdırması səbəbindən minlərlə insan reanimasiya şöbələrində müalicə olundu və səhiyyə sistemində aksamalar olub.

Denge qızdırması hallarının artması ilə əlaqədar 25 fevral 2023-cü il tarixində 13 bölgədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edilib.