“Müsəlmanlar öz bölgələrində başqa dinə mənsub qadınların adət-ənənələrinə hörmət etməlidirlər”.
interpress.az xəbər verir ki, bu barədə Kreml nümayəndəsi Dmitri Peskov Moskva yaxınlığındakı “Senej”də Yeni Media Festivalında çıxış edərkən deyib.
“Biz müsəlmanların bütün adət-ənənələrinə hörmət etməliyik, müsəlmanlar isə Rusiya Federasiyasının müsəlman əhalisinin üstünlük təşkil etdiyi regionlarına gəldikdə bizim və qadınlarımızın bütün adət və ənənələrinə hörmətlə yanaşmalıdırlar. Yeri gəlmişkən, bu, heç də həmişə baş vermir, etiraf etməliyəm”, – Peskov bildirib.
Xuraman Etibarlı
İnterpress.az