Bakı şəhəri Xətai rauonunda gənclərlə “Plastik və polietilen qablaşdırmaların istifadəsinin sağlamlıq və ekoloji fəsadları” adlı maarifləndirici tədbir keçirildi.
İnterpress.az xəbər verir ki, 20.04.2022-ci il tarixində İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Plastik və polietilen qablaşdırmaların istifadəsinin sağlamlıq və ekoloji fəsadları” adlı layihənin Xətai rayonunda maarifləndirici tədbirini keçirdi. Tədbir çərçivəsində 30 yaxın Xətai gəncləri ilə “Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi” də görüş keçirildi. Tədbiri layihənin rəhbəri İSAY İB nin sədri Eyyub Kərimli açaraq iştirakçıları salamaladı və layihə haqqında geniş məlumat təqdim etdi. Layihənin aktuallığı, məqsədləri və vəzifələri iştirakşıların diqqətinə çatdırıldı. Dövlətimizin bu məsələdə həyata keçirdiyi siyasət, insanların sağlamləğı və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər haqqında müfəssəl məllumatlar iştirakçıların diqqətinə çatdırıldlı. Sonra layihə çərçivəsində hazırlanan “Plastik və polietilen qablaşdırmalara yox deyək” adlı sosial çarx nümayiş etdirildi. Bu çarx, iştirakçıların çox böyük marağına səbəb oldu.
Tədbirdə Xətai RİHB İctimai-siyasi və humanitar məsəslələr şöbəsinin müdürü Pənah İmanov layihə haqqında öz fikirlərini bölüşərək maraqlı təkliflərlə çıxış etdi. Bu sahədə ryonda görülən işlər haqqında ətraflı məlumat verdi. Tədbirdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatınn sədri Vüqar Rəhimov, tədris mərkəzinin rəhbəri Kifayət Bayramova,mətbuat nümayəndələri və digər qonaqlar iştirak etdilər. Sonra layihə çərçivəsində hazırlanan “Plastik və polietilen qablaşdırmalara yox deyək” adlı sosial çarx nümayiş etdirildi. Bu çarx, iştirakçıların çox böyük marağına səbəb oldu.
Tədbirdə qida mühəndisliyi üzrə beynəlxalq sertifikatlı ekspert Cavid Qurbanzadə plastik və polietilen qabların sağlamlıq zərərləri , bu məhsulların istifadə qaydaları, xsüsiyyətləri, keyfiyyətləri, həmin məhsulların utilizasiya və məhv edilməsi prosesləri haqqında geniş məlumat əks etdirən prezentasiya etdi. İştirakçıları maraqlandıran suallara cavab verildi. Layihənin təsirlərini və əhatəliliyini təmin etmək üçün iştirakçılara maarifləndirici bukletlər, kağız çantalar, birdəfəlik kağız stəkanlar,blaknot və qələmlər paylanıldı. Tədbirin sonunda mətbuat üçün müsahibələr verildi və press-reliz paylaşıldı.