Polis İrəvandakı aksiyalara müdaxilə etdi – Saxlanılanlar varbackend

Polis İrəvandakı aksiyalara müdaxilə etdi – Saxlanılanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis əməkdaşları səhər saatlarından İrəvanın müxtəlif yerlərində etiraz aksiyaları keçirən 18 vətəndaşı saxlayıb.

etirazçılar İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsini pozduqları – polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadıqları üçün polisə aparılıb.

Xatırladaq ki, səhər saatlarından etibarən bir qrup Ermənistan vətəndaşı İrəvanın bir sıra əsas küçələrini bağlayıb. Etirazçılar hakimiyyətə təhlükəsizlik problemləri ilə bağlı tələblər irəli sürüblər, bu tələblər yerinə yetirilmədikdə, kütləvi itaətsizlik aksiyalarını davam etdirəcəklərinə söz veriblər.