Rusiyanın Polşadakı səfiri Sergey Andreyev Polşanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, səfir Rusiyanın atdığı raketlərin Polşa ərazisinə düşməsi ilə əlaqədar XİN-ə çağırılıb.
Səfirə Polşanın etiraz notası təqdim edilib.