Polşada üç nəfər Gürcüstan vətəndaşı saxlanılıbbackend

Polşada üç nəfər Gürcüstan vətəndaşı saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada Lodz şəhərinin polisi üç Gürcüstan vətəndaşını oğurluqda ittiham edərək saxlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata əsasən, 35, 46 və 43 yaşlı gürcülər 2023-cü ilin noyabr ayının sonundan 2024-cü il yanvarın 10-dək bir neçə avtomobildən qızıl-zinət əşyaları, sənədlər və nağd pul oğurlayıblar.

İş materiallarından aydın olur ki, onlar avtomobillərin təkərlərini zədələyib, sonra isə əşyaları oğurlayıblar. Hazırda onlar 3 aydır ki, istintaq təcridxanasındadırlar

Faktla bağlı araşdırma aparılır. Cinayət 8 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.