Putin: “Dağlıq Qarabağ və ona bitişik rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir”backend

Putin: “Dağlıq Qarabağ və ona bitişik rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Ermənistan Dağlıq Qarabağın müstəqilliyini və suverenliyini tanımayıb. Bu, o demək idi ki, beynəlxalq hüquq baxımından həm Dağlıq Qarabağ, həm də ətraf rayonlar Azərbaycan Respublikası ərazisinin ayrılmaz tərkib hissəsi olub və indi də elədir”.

Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalının efirində Dağlıq Qarabağın ərazi mənsubiyyəti barədə sualı cavablandırarkən bildirib.

Vladimir Putin qeyd edib ki, KTMT üzvlüyü şərtləri Rusiyanı münaqişəyə qarışmaq məcburiyyətində qoymayıb.

“KTMT müqaviləsi, bu müqaviləyə üzv dövlətin ərazisinə təcavüz halında qarşılıqlı yardım nəzərdə tutur.

Ermənistan Respublikası ərazisinə heç kim müdaxilə etməyib və bu, bizə hərbi əməliyyatlarda birbaşa iştirak etməklə bağlı heç bir hüquq vermir”, – deyə Rusiya lideri bildirib.

İnterpress.az