Putin: “Qərb Rusiyanı sıxışdıra bilməyəcək”backend

Putin: “Qərb Rusiyanı sıxışdıra bilməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynadakı xüsusi əməliyyat başa çatdırılacaq”.

İnterpress.az-ın xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

Putin qeyd edib ki, Qərb Rusiyaya təzyiq göstərməyə, lakin ABŞ və onun müttəfiqləri buna nail ola bilməyəcək: “Ukraynada əməliyyat sonadək aparılacaq. Hazırda mövcud format yeganə mümkün həll formatdır. Rusiya qoşunları yalnız Donbassda əməliyyatı icra etsəydi, bu, təhlükənin aradan qaldırılması üçün yetərli olmazdı və orada yeni cəbhə xətti çəkilərdi”.

Rusiya prezidenti onu da bildirib ki, Qərb Ukrayna hakimiyyətini silah və muzdlu qüvvəylə təmin etməklə qan tökməyə sövq edir.

Putin eyni zamanda, Kremlin Ukrayna silahlı qüvvələrini Donbassdan çıxmasını təklif etdiyini də vurğulayıb: “Bunu ilk dəfə deyirəm, xüsusi əməliyyatın lap əvvəlində qan tökülməməsi üçün Ukrayna hakimiyyətindən hərbi əməliyyatlara başlamamaq və sadəcə olaraq Donbassdan qoşunlarını çıxarmaq tələb olunub. Onlar bunu istəmədilər. Bu, onların qərarıdır”.