Qaçırdığı maşınla qəza törətdi – FOTObackend

Qaçırdığı maşınla qəza törətdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində avtomobil oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan verilən məlumata görə, oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Quba şəhər sakini Əmrah Əmrahov rayonun Alekseyevka kənd sakininə məxsus “Vaz 2106” markalı avtomobili əvvəlcə qaçırıb, daha sonra isə qəza törədərək hadisə yerindən qaçıb.

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Quba RPŞ tərəfindən araşdırmalar aparılır.