Qazaxıstanda etnik qazax statusu almaq axtarışı gündəmə gəlib.
İnterpress.az xəbər verir ki, bu barədə qazax mediası məlumat yayıb.
Qazaxıstanın Əmək Nazirliyi sadələşdirilmiş qaydada Kandas statusu və vətəndaşlıq almaq üçün müraciət edən şəxslərin Qazaxıstan vətəndaşlığının müəyyən edilməsi qaydaları hazırlayıb.
Bunu etmək üçün sizə lazımdır:
Ərizəni Qazaxıstanın miqrasiya xidmətinin portalına və ya “Kutty Meken” mobil tətbiqi vasitəsilə təqdim etmək, yaxud sosial təminat, səfirlik/konsulluqla əlaqə saxlamaq.
Qazax dilini bilmək, adət-ənənələri, mədəniyyəti, qohumluq əlaqələri və digər amillərlə bağlı müsahibədən keçmək.
Ərizəçinin qazax milliyyətinə mənsub olub-olmadığını müəyyən edən sənədləri olmadıqda, molekulyar-genetik müayinə aparılır.
Bir şəxsin qazax kimi tanınması barədə qərar komissiya tərəfindən səsvermə yolu ilə qəbul edilir.
Kandas – Qazaxıstanda miqrant, xaricdən gələn etnik qazax, oralman kimi də tanınır – qazax repatriant.
Xuraman Etibarlı
İnterpress.az