Qazaxıstanda son iki gündə hava şəraitinin pisləşməsi ilə əlaqədar 318 nəfər xilas edilərək təxliyə edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Qazaxıstanda son iki gündə hava şəraitinin pisləşməsi, o cümlədən qar fırtınası, buz bağlaması, güclü külək və görüntünün sıfırlanması ilə əlaqədar 318 nəfər xilas edilərək təxliyə edilib.
Xuraman Etibarlı
İnterpress.az