Qırğızıstan 9 May – Qələbə Günündə “Ölməz alay” yürüşünü keçirməkdən imtina edib.
İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Qırğızıstan 9 May, Qələbə Günündə “Ölməz alay” yürüşünü keçirməyəcək.
Səbəb “ictimai təhlükəsizliyə mövcud təhdidlər”dir (.
Xatırladaq ki, aprelin 17-də Qırğızıstanın Müdafiə Nazirliyi ölkənin Qələbə günü paradını ləğv etdiyini, lakin bir sıra şəhərlərdə “Ölməz alay” yürüşünün keçiriləcəyini açıqlamışdı.
Xuraman Etibarlı
İnterpress.az