Qızına 2 milyon dollarlıq toy edən Krasnodarlı “Qızıl hakim” Bakı hava limanında saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Sabiq hakim Azərbaycan üzərindən BƏƏ-yə uçmağı planlaşdırırdı.
Yelena Xaxalyevanın ekstradisiyası ilə bağlı qərarı Azərbaycan hakimiyyəti verəcək.
Rostov-na-Donu məhkəməsi artıq keçmiş hakimi qiyabi həbs edib.
İstintaqın məlumatına görə, cinayətkar dələduzluq yolu ilə demək olar ki, 1,2 milyon rubl əldə edib, həmçinin iş vaxtının uçotu ilə bağlı sənədləri saxtalaşdırıb.
Xaxalyeva 2017-ci ildə qızının dəbdəbəli toyundan sonra məşhurlaşıb. 2 milyon dollara başa gələn toya Nikolay Baskov, İosif Kobzon, Vera Brejneva və başqa ulduzlar dəvət olunub.
Xuraman Etibarlı
İnterpress.az