Qubad İbadoğlunun qızı izlənilir – DİN araşdırmaya başladıbackend

Qubad İbadoğlunun qızı izlənilir – DİN araşdırmaya başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Amerika Birləşmiş Ştatlarında yaşayan iqtisadçı ekspert Qubad İbadoğlunun qızının izlənməsi ilə bağlı iddialar araşdırılır.

Q.İbadoğlunun qızı Jalə Bayramova hadisə ilə bağlı 102 xidmətinə müraciət edib. Bu gün J.Bayramova aidiyyəti üzrə Yasamal RPİ 28-ci Polis Bölməsinə dəvət edilib.
Ondan baş verənlərlə bağlı izahat alınıb. Hazırda J.Bayramovanın ifadəsi əsasında araşdırma başladılıb.
DİN Mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.
Xatırladaq ki, Q. İbadoğlu sosial şəbəkə hesabında məlumat paylaşaraq qeyd edib ki, qızı Jalə Bayramova aprelin 9-da ərzaq almaq üçün getdiyi evin yaxınlığındakı mağazadan çıxanda izlənildiyini hiss edib, arxasınca gələnlər yaşadığı binanın həyətinə qədər onu müşayiət ediblər. Səs-küy salandan sonra geri dönüblər.

 

 

İnterpress.az